Valyuta məzənnəsi

Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri Ağdam rayonunda olublar

Tarix:16-10-2018, 06:02

Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri Ağdam rayonunda olublar
10 oktyabr  2018-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyəti nümayəndələri Ağdam rayonunda olublar. Nümayəndə heyətinin tərkibində  Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Camal Canqın, sədr müavini Avni Dəmirçi, İdarə heyyətinin üzvləri Rafiq Qarayev, Kaya Karslı və Birliyin baş katibi Pərvanə Hacıyeva olublar. Qonaqlar Ağdam rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı cənab Vaqif Həsənovla görüşərək, səfərlərinin məqsədini bildiriblər. Qeyd ediblər ki, səfərin məqsədi rayonla və  gələcəkdə rayonda salınması planlaşdırılan  Sənaye Məhəlləsinin yeri ilə tanışlıqdan ibarətdir. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqları salamlayaraq səfərləri üçün təşəkkürünü bildirib və onlara Ağdam rayonu haqqında geniş məlumat verib. Digər maraq doğuran məsələlər haqqında qarşılıqlı müzakirə aparıldıqdan sonra rayon ərazisində salınması planlaşdırılan  Sənaye Məhəlləsinin yeri ilə tanış olublar.
 
Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri Ağdam rayonunda olublar
Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri Ağdam rayonunda olublar
Oxunub: 576



XƏBƏR LENTİ