Valyuta məzənnəsi

FHN: Şəmkirdə itkin düşən şəxsin meyiti tapılıb

Tarix:23-02-2019, 11:24

FHN: Şəmkirdə itkin düşən şəxsin meyiti tapılıb
Fevralın 22-də gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 23-də səhər saatlarında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb. Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
Oxunub: 300



XƏBƏR LENTİ