Əyripəncəlik ayaq xəstəlikləri arasında xüsusi yer tutur. Bəzən düzdabanlılıq adlandırılan həmin xəstəlik uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər aparıb çıxara bilir. Ona görə də xəstəliyin müalicəsi mümkün qədər tez aparılmalıdır.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əyripəncəlikdən əziyyət çəkən dörd aylıq körpə üzərində dörd mərhələli müalicə aparılıb.
AZƏRTAC xəbər verir ki, klinikanın travmatologiya və ortopediya şöbəsinin cərrahı Nicat Səttarov deyib: “Müalicənin əvvəlində əyriliyi dörd mərhələli gipslə düzəltdik, buna kensept metodu deyilir. Son olaraq uşaqda tenotomiya əməliyyatını apardıq. Əməliyyatdan sonra dörd həftə ərzində ayaq gipsdə saxlanılır. Daha sonra uşağa xüsusi ayaqqabı geyindirilir və bir müddətdən sonra ayaq tam normal hala düşür”.
Oxunub: 275