ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb.
Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib: “İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq”.(Qafqazinfo)