Valyuta məzənnəsi

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı-CİNAYƏT İŞİ BAŞLANDI, NAFTALANDA QƏTLƏ YETİRİLƏNLƏRDƏN İKİSİ İSƏ MƏKTƏBLİDİR

Tarix:28-09-2020, 14:04

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı-CİNAYƏT İŞİ BAŞLANDI, NAFTALANDA QƏTLƏ YETİRİLƏNLƏRDƏN İKİSİ İSƏ MƏKTƏBLİDİR

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata istinadən YeniAN.info bildirir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bu gün Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.

***

Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı-CİNAYƏT İŞİ BAŞLANDI, NAFTALANDA QƏTLƏ YETİRİLƏNLƏRDƏN İKİSİ İSƏ MƏKTƏBLİDİR

“Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təəssüflə qeyd edirik ki, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir”.

Bu haqda isə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ötən gündən başlayaraq Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur.

“Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Ermənistanın təcavüzü nəticəsində həyatını itirmiş bütün həmvətənlərimizin, o cümlədən Naftalan şəhərində bütöv bir ailənin və şagirdlərimizin həlak olmasından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.

Bu gün tarix yazan və qürur mənbəyimiz olan əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda uğurlar arzulayırıq!”-deyə, sonra qeyd olunub.


YeniAN.info

Oxunub: 193



XƏBƏR LENTİ