Valyuta məzənnəsi

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

Tarix:19-11-2021, 21:46


Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

Təsdiq olunmuş illik döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib.
Təlimdə bölmələrin müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi, təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, bölmələrin qarşılıqlı fəaliyyətinin, komandirlərin çevik qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də döyüşlərin fasiləsiz idarə olunması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə müxtəlif təlim-döyüş tapşırıqları icra olunub.

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib
Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib
Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib
Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib
Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib

YeniAN.az

Oxunub: 122



XƏBƏR LENTİ