Valyuta məzənnəsi

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Tarix:8-04-2023, 14:02

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

FHN-dən  YeniAN.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Baki Regional Mərkəzi tərəfindən Yasamal rayon 53 nömrəli, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 1 nömrəli, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhər V.H.Məmmədov adına 2 nömrəli, Gəncə Regional Mərkəzi tərəfindən Samux rayon Qovlarsarı kənd, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qobustan rayon M.Kərimov adına Poladlı, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon Seyidsadıqlı kənd, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Türkmən kənd, Şimal Regional Mərkəzi tərəfindən isə Şabran rayon Ağalıq kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in "112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibFövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibFövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Oxunub: 56



XƏBƏR LENTİ