Valyuta məzənnəsi

Bakı məktəblərində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri açıqlanıb

Tarix:4-05-2023, 12:34

Bakı məktəblərində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri açıqlanıbBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri ilə bağlı görüş keçirilib.

İdarədən YeniAN.az-a bildirilib ki, görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva və mərkəzin metodisti Elçin Quliyev iştirak edib.

Görüşdə İdarənin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə fiziki tərbiyə dərsləri üzrə monitorinqlərin təşkil olunmasının əsas məqsədinin Elm və Təhsil Nazirliyi, BŞTİ-nin fəaliyyət planlarında xüsusi yer almış "Uşaqların sağlam həyat tərzinin və sağlam qidalanmasının təşviqi” strateji istiqamətinin təhsil müəssisələrində həyata keçirilməsi vəziyyətinin müəyyənləşdirilməsi, fənnin tədrisinin məzmun standartlarına uyğun təşkil olunması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından səmərəli istifadəsinin təşviq edilməsi, dərsin perspektiv planlaşdırmaya uyğunluğunun reallaşdırılması, fiziki tərbiyə müəllimlərinin peşəkar inkişafına dəstəyin verilməsindən ibarət olduğunu bildirib. Sektor müdiri monitorinqin nəticələri barədə geniş məlumat verib, problemlərin səbəblərini iştirakçıların diqqətinə çatdırıb.

Görüşdə TDM-in direktoru Minarə Fərzəliyeva fiziki tərbiyə dərslərinin şagird şəxsiyyətinin formalaşmasındakı əhəmiyyətindən və dərslərin metodiki strukturundan söhbət açıb.

Sonda fiziki tərbiyə dərslərinin şagirdlərin sağlamlığının inkişafındakı rolu barədə tövsiyələr verilib, mövzu ilə bağlı təkliflər səsləndirilib, müəllimlərin sualları cavablandırılıb.

Monitorinqlər zamanı aşkarlanan problemlərin həlli ilə bağlı aşağıdakı təkliflər verilib:

1. İdman məkanını doğru seçmək, mövcud şərait və resurslardan maksimum istifadə etmək.

2. Təlimə Dəstək Mərkəzinin metodistləri və təcrübəli müəllimlərdən ibarət geniş qrup yaratmaqla vahid təhlükəsizlik qaydaları hazırlamaq, bu qaydalarla şagirdlərin hər il məlumatlandırılmasını və qaydaların vizuallığını təmin etmək.

3. Dərs cədvəllərində gigiyenik tələbləri nəzərə almaq, fənn müəllimləri tərəfindən bu prosesin təşkilində təkliflərin verilməsini aktuallaşdırmaq.

4. Dərslərə şagirdlərin hazırlıqlı gəlməsini, geyinib-soyunmanı və sanitar-gigiyenik vəziyyəti doğru tənzimləmək.

5. Fiziki sağlamlıqla bağlı doğru maarifləndirməni müntəzəm təşkil etmək, münasi- bətlərin səmərəli qurulmasına şərait yaratmaq və şəxsi nümunə göstərmək.

6. Şagirdlərin fiziki potensiallarını vaxtında aşkarlamaq, onların yerli və beynəlxalq idman yarışlarında iştirakını təşviq etmək və onları stimullaşdırmaq.

7. Metodiki kompetensiyaların artırılması yönündə kompleks fəaliyyətləri təşkil etmək, peşəkar əməkdaşlığın əhatə dairəsini genişləndirmək.

8. Qiymətləndirmənin obyektivliyini və təlimatlara uyğunluğunu təmin etmək.Bakı məktəblərində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri açıqlanıbBakı məktəblərində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri açıqlanıbBakı məktəblərində fiziki tərbiyə dərsləri üzrə monitorinqin nəticələri açıqlanıb

Oxunub: 18



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO