Valyuta məzənnəsi

Bakıda 11-ci sinif şagirdinin biabırçı hərəkətinə DİN-dən REAKSİYA

Tarix:20-02-2024, 19:14

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı məsələ nəzarətə götürülüb.

YeniAN.az  xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

"Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, - qurumdan bildirilib.

 

Məsələ ilə bağlı 156 nömrəli tam orta məktəbidən isə bildirilib ki, təhsil müəssisənin rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb:

"Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev isə vurğulayıb ki, Daxili İşlər Nazirliyində məsələ araşdırılır:

"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır".Bakıda 11-ci sinif şagirdindən biabırçı hərəkət — YenilənibBakıda 11-ci sinif şagirdindən biabırçı hərəkət - YENİLƏNİB

Oxunub: 80



XƏBƏR LENTİ