Valyuta məzənnəsi

RUSİYA VƏ ÇİN HÜCUM EDİR! – Yeni siyasi müharibə erası başlayıb

Tarix:30-08-2018, 19:27

RUSİYA VƏ ÇİN HÜCUM EDİR! – Yeni siyasi müharibə erası başlayıb

vusale
“APA” İLƏ BAĞLI YEKUN QƏRAR AÇIQLANDI – Vüsalə Mahirqızından yeni bəyanat
048252d4e07dff9e2d9a761e1d447bf3
BAKIDA BU OBYEKTLƏRİN SÖKÜLMƏSİNƏ BAŞLANDI - Açıqlama +VİDEO
agac-yandirilib00010
PİRVERDİYEVİN ƏLƏ KEÇİRDİYİ PARK YANDIRILIB? – Fotolar
68507858691ccf9777a736ef205c14c0
BAŞ NAZİRİ NƏ ÜSTÜNDƏ TUTURLAR? - Başqasının əmlakını zorla ələ keçirib

putin si

Prezident Donald Tramp Çin və digər xarici dövlətlərin ABŞ-a qoyduqları investisiyaların təhqiq edilməsi və onların əngəllənməsi ilə əlaqədar Xarici İnvestisiyalar Komitəsinin (CFIUS-Committee on Foreign İnvestment in the United States) federal səlahiyyətlərinin genişləndirilməsi barəsində qanunu imzalayıb. Bu qanun Birləşmiş Ştatların milli təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Bu ayın əvvəlində Trampın 2019-cu il üçün ölkənin milli müdafiəsinin maliyyələşdirilməsi ilə əlaqədar imzaladığı qanunda Rusiya və Çin Amerikanın strateji rəqibi adlandırılıblar. Sənəddə, həmçinin casusluq və qabaqlayıcı hərbi tədbirlərin görülməsi də yer alır.

Ağ Evin 2017-ci ilin dekabrında qəbul etdiyi yeni milli təhükəsizlik strategiyasında etiraf olunur ki, ABŞ Çin və Rusiyanın yeni hücum strategiyasına qarşı effektiv fəaliyyət göstərməkdə geri qalır. Bundan əlavə, Qərb, (Avstraliya istisna olmaqla) Rusiyanın təsirindən ciddi narahatdır. Çin Kommunist Partiyası Çinin artan iqtisadi təsirindən və Çin diasporundan istifadə etməklə, öz taktiki müdaxiləsini işləyib hazırlayıb.

Dünyadakı demokratik dövlətlər son 15 il ərzində ambisiyası artmış bu cür revizionist avtoritar rejimlərin müdaxiləsinə qarşı dayanmaq üçün özlərinin açıq demokratik və rəqəmsal müdafiə sistemlərinin qorunması strategiyasını işləyib hazırlamalıdırlar. Amma ilk növbədə onlar Çin və Rusiya şirkətlərinin oxşar və fərqli tərəflərini öyrənməlidirlər.

Bu iki ölkənin oxşarlığı Lenin partiyası ilə bağlıdır və onların “vahid cəbhə” kimi fəaliyyət başlanğıcları 1920-ci illərdən götürülür və diasporadan, iqtisadi təsir imkanlarından istifadə olunur. Rusiya sərhədlərindən kənarda 30 milyon rusdili yaşayır və onların əksəriyyəti keçmiş Sovet Respublikalarının vətəndaşlarıdır.

Lakin rusdillilər Almaniyada (bir milyondan artıq), İsraildə (1,3 milyon) və ABŞ-da (900 min) da yaşayırlar. Rusiya Ukraynada, Gürcüstanda və Moldovadakı rusdilli əhalidən əraziləri tutmaq və separatizm ideyası yaymaq üçün “istifadə” edib.

Çinin isə Avstraliyada (1,2 milyon), Kanadada (1,8 milyon) və əksəriyyəti Cənubi-Şərqi və Şimali-Şərqi Asiyada məskunlaşan 50 milyon nəfərdən ibarət diasporu var. Çin mənşəli amerikalıların sayı beş milyona yaxındır.

- İlk öncə iqtisadiyyat

Son 10-15 il ərzində Çin iqtisadiyyatının inanılmaz böyüməsi Çin Kommunist Partiyasına olan etibarın əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxarıb. Ona görə də, bu hakimiyyətlər aktiv formada dostlar qazanmaq və öz diasporu içərisindəki rəqiblərini əzməyə cəhd göstərmək, həmçinin də xarici siyasi və iqtisadi elita nümayəndələri ilə münasibətlər qurmaq istəyir. Bütün bunların hamısı onlara Qərb ölkələrindəki ənənə və prinsipləri öz maraqları naminə dağıtmağa imkan verir.

O ki qaldı Çinin və Rusiyanın təsir metodundakı başlıca fərqə, Rusiyanın Ümumi Daxili Məhsulu (1,5 trilyon dollar-2017-ci il) Çinin ÜDM-nin (12 trilyon dollar) təxminən onda biri qədərdir.

Putin Rusiyası qlobal miqyasda öz imkanlarına uyğun olmayan tərzdə ona görə fəaliyyət göstərə bilir ki, o, təsir sferasını genişləndirmək məqsədiylə öz məhdud resurslarını (qaz ixracı, casusluq və kiber imkanlar) səfərbər etməyə hazırdır. Resursların səfərbər olunması müəyyən mənada onun əlində nüvə silahının olması ilə də bağlıdır. Çünki Rusiya özünün bütün tarixi boyu böyük dövlət olub.

İqtisadi gücü kövrək olduğundan ABŞ və Avropa Birliyi Rusiyanın enerji və sənaye sektorundakı imkanlarını məhdudlaşdırmaq üçün ona qarşı sanksiyalar tətbiqini davam etdirə bilərlər. Sinir-iflic maddəsi ilə Böyük Britaniyada Skripala qarşı olunan sui-qəsdə görə ABŞ Dövlət Departamentinin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar (22 avqustda qüvvəyə minib) məhz bu istiqamətə yönəlib. Elə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqədar senatın yeni qanun layihəsi də bu məqsədi güdür. Lakin Çinə qarşı anoloji tədbirər görmək çətin olacaq (Amma Çin ilə tarif müharibəsinə girişmiş Tramp başqa cür düşünür).

Kreml və Pekinin cilovlanması üçün işlənib hazırlanmış strategiyada etiraf edilməlidir ki, avtoritar lidelər geniş ictimai dəstəkdən istifadə edirlər və eyni zamanda bu ölkələrdən biri lüzumsuz şəkildə öznün keçmiş şöhrətini dirçəltmək, digəri isə özünün iqtisadi statusuna uyğun olaraq qlobal təsir gücü əldə etməyə çalışır.

- Necə reaksiya vermək lazımdır?

ABŞ-dakı Xarici İnvestisiyalar Komitəsinin (CFİUS) analiz sisteminin modernləşdirilməsi haqqıda qəbul edilmiş qanun hibrid iqtisad müharibələr şəraitində ABŞ üçün mühüm vasitə, Avropa üçün isə yaxşı nümunə ola bilər.

Hərçənd ki, nəzərdə tutulan CFIUS qanunu əsas hesabla Çinə yönəlib. Ümumi baxımdan bu qanun Rusiyanın ABŞ-a yatırdığı investisiyalara və həmçinin də Hyustondakı “Gazprom Marketing and Trading”-ə də tətbiq olunmalıdır.

Daha iri miqyaslı araşdırmaların aparılması və bütün siyasətin koordinasiyası lazımdır. Ona görə də, hibrid təhlükələrə qarşı ABŞ-da qlobal mərkəzin yaradılmasına ehtiyac var. Dövlət Departamenti nəzdində qlobal qarşılıqlı fəaliyyət mərkəzinin yaradılması ən yaxşı başlanğıcdır, amma hələlik onun fəaliyyəti əsas etibarıyla dezinformasiya problemləri ilə bağlıdır. Daha bir nümunə Avropa Birliyinə üzv dövlətlər və NATO-nun Helsinkidə yaratdıqları hibrid təhlükələrinə qarşı Avropa mərkəzdir. Lakin onun fəaliyyət sferasını genişləndirmək lazımdır.

ABŞ və Avropa Avstraliyanın təcrübəsindən istifadə edə bilər. Belə ki, Avstraliya iyunda xarici müdaxilə ilə bağlı yeni qanun qəbul edib. Həmin qanuna görə xarici ölkələrin yeni təsir metodları və casus əməliyyatları (əsasən də Çin tərəfindən) qeyri-qanuni hesab olunur. Qanunda “casusluq” anlayışının müəyyən edilməsi genişləndirilib və o, adi casusluq fəaliyyətləri çərçivəsindən kənara çıxıb.

Transsərhəd maliyyə axınının kifayət qədər şəffaf olmaması üzündən milli təhlükəsizliyin (həmçinin də kriminial xarakterli təhlükələr) tənzimlənməsi lazımı səviyyədə olmur. Ona görə də maliyyə cinayətlərinə qarşı mübarizədə ABŞ Maliyyə Nazirliyinin hüquq mühafizə fəaliyyətləri ilə bağılı imkanları əhəmiyyətli dərəcədə genişləndirilməlidir.

Rusiya tərəfindən gələn korrupsiya və çirkli pullar idxalına qarşı görülən tədbirlər iqtisadi təsir imkanı göstərmək istəyən Çinin fəaliyyətlərinə qarşı da yönəlməlidir. Çünki ola bilər ki, Si Çzinpin ölkəsini ömürlük idarə edəcək, Putin isə elə təzəcə dördüncü prezidentlik müddətinə seçilib və onların iş günləri istənilən Qərb liderindən daha “uzunömürlü” olacaq. Qloballaşan rəqəmsal dünyada demokratik dəyərləri yeni avtoritarizmdən qorumaq üçün hər yerdə – Vaşinqtonda, Brüsseldə, Kanberrada strateji düşünmək lazımdır.

Dünya demokratiyası üçün yeni siyasi müharibə erası başlayıb. Ona görə də, təcili innovativ strateji müdafiə sistemi işlənib hazırlanmalıdır.

(“The National İnterest”-ABŞ)

Oxunub: 360



XƏBƏR LENTİ