Valyuta məzənnəsi

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Tarix:8-09-2018, 12:16

Gürcüstan rusiyalı hakeri ABŞ-a təhvil verdi

Gürcüstan Rusiya vətəndaşı Andrey Türini ABŞ-a ekstradisiya edib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Məxfi Xidmət, Federal Təhlükəsizlik Bürosu və Prokurorluğunun birgə bəyanatında deyilir.

A.Türin maliyyə strukturlarının sistemlərinə kiber hücumda ittiham olunur.

Rusiya vətəndaşını ABŞ-da üst-üstə 97 il həbs cəzası gözləyir.

Qeyd olunur ki, A. Türin genişmiqyaslı haker hücumuna, o cümlədən ABŞ-da 80 milyon müştərinin şəxsi məlumatlarının oğurlanmasına görə məsuliyyət daşıyır.

Oxunub: 295



XƏBƏR LENTİ