Valyuta məzənnəsi

Vyetnam prezidenti müalicəsi olmayan xəstəlikdən ölüb

Tarix:21-09-2018, 16:39

Vyetnam prezidenti müalicəsi olmayan xəstəlikdən ölüb

Vyetnam prezidenti Çan Dai Kuanq nadir və hazırda müalicəsi olmayan viruslu xəstəliyə tutulubmuş.

“Report” Vyetnam KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi Tibbi İdarəsinin rəhbəri Nquen Kuok Çeu məlumat verib.

"Ölkə başçısı 2017-ci ilin iyun ayında xəstələndikdən sonra altı dəfə Yaponiyada müalicə olunub. Həmin xəstəliyin müalicəsi müasir tibbdə mövcud deyil, onu yalnız ləngitmək mümkündür”, - Nquen Kuok Çeu deyib.

Qeyd edək ki, Çan Dai Kuanq bu gün 61 yaşında vəfat edib.

Oxunub: 330



XƏBƏR LENTİ