Valyuta məzənnəsi

ERP: “Ermənistandakı seçkilərin nəticələrinin Qarabağ münaqişəsinin nizamlanmasına dəxli yoxdur”

Tarix:27-10-2018, 11:28

“Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlılığı ola bilməz”.

obyektivxeber.info erməni mətbuatına istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın əsas müxalifət təşkilatı sayılan Respublika Partiyasının (ERP) parlament fraksiyasının rəhbəri Vaqram Bağdasaryan çıxış edib.

Onu sözlərinə görə, seçkilərin danışıqlar prosesinə nə neqativ, nə də pozitiv anlamda təsiri yoxdur.

Bağdasaryan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun mövzu ilə bağlı sözlərinə toxunub. Xatırladaq ki, Con Bolton baş nazir Nikol Paşinyanın qələbə qazanmasının Qarabağ münaqişəsinin nizamlanması yolunda qəti addımların atılması üçün yaxşı imkanlar yaradacağını söyləmişdi.

“Mən heç bir qərar görmürəm. Nə Azərbaycan, nə də Ermənistan xalqı müzakirə olunan variantların heç birinə razı deyil”, -Bağdasaryan deyib.

Jurnalistlərdən biri brifinq zamanı xalqdan mandat alan birisinin problemləri həll etməkdə daha rahat davaranacağı barədə rəy bildirib. ERP funksionerinin fikrincə, belə olan halda hakimiyyət nümayəndəsinin mitinqə çıxması, “əziz xalqım, biz artıq torpaqları geri qaytarırıq” deməsi lazımdır”.

Oxunub: 268



XƏBƏR LENTİ