Valyuta məzənnəsi

Ohanyanın əmlakına həbs qoyuldu

Tarix:1-03-2019, 12:53

Ohanyanın əmlakına həbs qoyuldu
Ermənistanın Xüsusi İstintaq Xidməti keçmiş müdafiə naziri Seyran Ohanyanın maliyyə hesablarına həbs qoyub.

Obyektivxeber.info erməni mətbuatına istinadən xəbər verir ki, bu sanksiya 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı istintaq çərçivəsində tətbiq edilib.

Onun maliyyə vəsaiti ilə yanaşı, əmlakına da həbs qoyulması barədə qərar çıxarılıb.

Ümumiyyətlə, Seyran Ohanyan konstitusiya qururluşunu devirməkdə ittiham olunur. O, özünü günhakar saymır.

Xatırladaq ki, Dağlıq Qarabağ separatçılarının rəhbərlərindən biri olan S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Oxunub: 298



XƏBƏR LENTİ