Valyuta məzənnəsi

Türkiyədə ticarət mərkəzləri, bərbərxanalar və gözəllik salonları mayın 11-dən işini bərpa edəcək

Tarix:5-05-2020, 00:57

Türkiyədə ticarət mərkəzləri, bərbərxanalar və gözəllik salonları mayın 11-dən işini bərpa edəcək

“Ticarət mərkəzləri, bərbərxanalar, gözəllik salonları 11 maydan fəaliyyətə başlayacaq”.

APA-nın yerli bürosuna istinadən YeniAN.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Huber köşkündə yeni növ koronavirusla (COVID-19) bağlı nazirlərlə keçirilən növbəti videokonfransdan sonra belə bildirib.

R.T.Ərdoğan deyib ki, indiyədək satışına icazə verilməyən tibbi və parçadan olan maskaların sabit qiymətlə satışına başlanılacaq.

Həmçinin modul tipli xəstəxanaların sayı iyunun 1-dən azaldılaraq normal xəstəxanaların fəaliyyətinə şərait yaradılacaq.


YeniAN.info

Oxunub: 346



XƏBƏR LENTİ