Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 64 nəfər ölüb.
YeniAN.info-nun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 35771 şübhəli koronavirus testindən keçib, onlardan 1614-nün cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3461 nəfər ölüb, 127659 nəfər bu infeksiyaya yoluxub, 68166 nəfəri isə müalicə olunub. Bu gün 5015 xəstə evə buraxılıb.
YeniAN.info-nun