Valyuta məzənnəsi

ÜST: Koronavirusun ikinci dalğası daha öldürücü ola bilər

Tarix:15-05-2020, 03:39

ÜST: Koronavirusun ikinci dalğası daha öldürücü ola bilər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe yeni növ koronavirus (COVID-19) pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, H. Kluqe Britaniyanın “The Telegraph” nəşrinə müsahibəsində deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.

Onun sözlərinə görə, Avropa ölkələri pandemiyanın ikinci dalğasına hazırlaşmalıdır: “Bu səbəbdən də səhiyyə sistemlərinin gücləndirilməsinə, tibb müəssisələrinin ilkin tibbi yardım və reanimasiya bölmələrinin imkanlarının artırılmasına xüsusi diqqət yetirilməlidir”.

ÜST rəsmisi deyib ki, pandemiya fonunda qrip və qızılca arta bilər.

H. Kluqe məhdudlaşdırıcı tədbirləri yüngülləşdirməyə başlayan ölkələrə müraciət edərək vurğulayıb ki, bayram etmək vaxtı deyil.

ÜST rəsmisi qeyd edib ki, Böyük Britaniya, Fransa və İtaliyada COVID-19-a yoluxmanın sayında azalma müşahidə olunur: “Lakin bu, pandemiyanın sona çatdığını göstərmir. Avropada COVID-19-un episentri şərq istiqamətində irəliləyir. Belə ki, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanda yoluxma sayı artmaqdadır”.

YeniAN.info

Oxunub: 264



XƏBƏR LENTİ