Politoloq Aleksandr Feduta və vəkil Yuri Zenkoviç Belarus Prezidentinin rusiyalı həmkarı Vladimir Putinə müraciətindən sonra Moskvada tutulub.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlayıb.
Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanlarının rəhbərliyi altında hərəkət edən və Belarus Respublikası liderinə, onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlayan qrupa müxalifət partiyasının rəhbəri Qriqori Kostusyev də daxildir.
“ABŞ-dan agentlər, hansısa bir Zenkoviç təyyarə ilə gəlib. Biz onları izlədik, müşahidə etdik, ölkəyə silah gətirən və gizlədən bir neçə qrup üzvü ələ keçirildikdən sonra onlar buraya gəlməkdən qorxdular. Ona görə də Moskvaya getdilər. Orada daha kim var idi… Feduta bizimki idi. Daha sonra bir az da geniş araşdırdıq – Kostusyev az səviyyədə orada göründü. O, Moskvada yox idi, biz onu və bir sıra digərlərini burada tapdıq. Onlar bu gün artıq üzdədirlər, ona görə də hanısa məlumatı səsləndirə bilirik. Mən Rusiya Prezidenti Vladimir Putinə, Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertel isə öz həmkarı Saşa Bortnikova, FTX-yə müraciət etdik və biz onları orada ələ keçirdik”, - deyə Lukaşenko öz açıqlamasında bildirib.
YeniAN.az