Valyuta məzənnəsi

Portuqaliyada sülhməramlılara qarşı əməliyyat keçirilib

Tarix:9-11-2021, 22:17

Portuqaliyada sülhməramlılara qarşı əməliyyat keçirilib

Portuqaliyada hərbçilərə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib.

APA-nın “TV5” kanalına istinadla xəbərinə görə, ölkə boyu 100-ə yaxın evdə axtarış aparılıb. Reydlər nəticəsində Afrikadan almaz, qızıl, narkotik vasitələr və silah qaçaqmalçılığında şübhəli bilinən 10 nəfər saxlanılıb. Söhbət ilk növbədə Mərkəzi Afrika Respublikasında yerləşdirilmiş sülhməramlılardan gedir.

İstintaq məlumatlarına görə, sülhməramlılar Avropaya qaçaqmalçılıq yolu ilə yük daşımaq üçün hərbi təyyarələrdən istifadə ediblər. Ondan sonra almazlar emal üçün Belçikaya göndərilib. Çirkli pulların yuyulması məqsədilə çox sayda saxta hesabdan istifadə edilib. Hüquq-mühafizə orqanlarında ilk şübhələr 2019-cu ildə yaranıb.

Portuqaliya silahlı qüvvələri məsələ barədə polisə məlumat verdiklərini və xaricdə missiyadan qayıdan hərbçilərlə bağlı daha ciddi yoxlamalara başladıqlarını açıqlayıb.

YeniAN.az

Oxunub: 103



XƏBƏR LENTİ