Valyuta məzənnəsi

Avropa Dərman Agentliyi COVID-19-a qarşı yeni peyvəndin istifadəsini təsdiqləyib

Tarix:20-12-2021, 20:05

Avropa Dərman Agentliyi COVID-19-a qarşı yeni peyvəndin istifadəsini təsdiqləyib

Avropa Dərman Agentliyi (EMA) "Novavax"ın COVID-19-a qarşı peyvəndi "Nuvaxovid"in (NVX-CoV2373) istifadəsini təsdiqləyib.

YeniAN.az APA-nın xəbərinə istinadən bildirir ki, bu barədə Agentliyin rəsmi saytında məlumat verilib.

Bildirilib ki ətraflı qiymətləndirmədən sonra, Avropa Dərman Agentliyinin İnsan Sağlamlığı üçün Dərman Komitəsi (CHMP) vaksin haqqında məlumatların etibarlı olduğu və Aİ-nin effektivlik, təhlükəsizlik və keyfiyyət meyarlarına cavab verdiyi qənaətinə gəlib: ““Nuvaxovid” COVID-19-un qarşısının alınması üçün Aİ-də tövsiyə olunan beşinci peyvənddir. Bu, zülal əsaslı peyvənddir və artıq istifadəsinə icazə verilmiş digər peyvəndlərlə birlikdə pandemiya ilə mübarizənin vacib mərhələsində Aİ ölkələrində peyvəndləmə kampaniyalarını dəstəkləyəcək”.

İki əsas klinik sınaqdan alınan nəticələr göstərib ki, "Nuvaxovid" 18 yaşdan yuxarı şəxslərdə COVID-19-un qarşısının alınmasında təsirlidir. Klinik sınaqlarda ümumilikdə 45 mindən çox insan iştirak edib.

YeniAN.az

Oxunub: 138



XƏBƏR LENTİ