Koreya Respublikası və ABŞ hərbçiləri B-1B strateji bombardmançısının iştirak etdiyi aviasiya təlimi keçirib.
"YeniAN.az” xəbər verir ki, bu barədə "Yonhap” agentliyi Koreya Respublikasının Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Manevrlərdə Cənubi Koreya tərəfdən F-35A və F-15K qırıcıları, ABŞ tərəfdən isə F-16 təyyarələri də iştirak edib.
Qeyd edək ki, KXDR ordusu fevralın 18-də "Hvason-15” qitələrarası ballistik raketi buraxıb. O, 989 km uçaraq 5 768,5 km yüksəkliyə çatıb və Yapon dənizində saxta hədəfi uğurla vurub.
Yaponiya hakimiyyət orqanlarının məlumatına görə, raket Hokkaydo adasından 200 km qərbə düşüb.