Valyuta məzənnəsi

Ukraynaya kütləvi raket hücumu olub Paytaxt Kiyevdə də partlayışlar olub

Tarix:9-03-2023, 13:06

Martın 9-na keçən gecədən başlayaraq, Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə Rusiya ordusu tərəfindən raket hücumu həyata keçirilib.

AZƏRTAC-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yerli vaxtla 01:00 radələrindən hava həyəcanı siqnalı çalınıb və paytaxt sakinlərinə səhər saatlarınadək təhlükəsiz yerlərdə qalmaq tövsiyə edilib. Ukraynanın hava hücumundan müdafiə sistemi raketlərin əksəriyyətini zərərsizləşdirə bilsə də, Xarkov, Odessa, Nikolayev, Jitomir, Dnepr, Kiyev, İvano-Frankivsk, Xmelnitski və Ternopil vilayətlərində partlayış səsləri eşidilib.

Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, rayonun enerji infrastrukturuna raket zərbəsi endirilib, yaşayış binaları zədələnib. Xmelniski vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qamaliy də vilayətin strateji infrastrukturuna raket zərbəsi endirildiyini təsdiqləyib.

Kiyev şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Qoloseev və Svetoşin rayonlarında partlayışlar olub. İlkin məlumata görə, 5 nəfər yaralanıb, dağıntılar qeydə alınıb.

Kütləvi raket hücumundan sonra Odessa, Xarkov və Jitomir vilayətlərində elektrik enerjisi verilişində problemlər yaranıb.Ukraynaya kütləvi raket hücumu - paytaxt Kiyevdə də partlayışlar olub - AZƏRTAC

Oxunub: 89



XƏBƏR LENTİ