Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başlayıb.
"YeniAN.az" "Anadolu"ya istinadən xəbər verir ki, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.
XİN başçıları həmçinin Cənubi Qafqazdakı durum barədə fikir mübadiləsi aparacaqlar.
Görüşdən sonra nazirlərin birlikdə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Qeyd edək ki, S.Lavrov Türkiyədə iki günlük səfərdədir.