Katolik Kilsəsinin lideri Papa Fransisk oktyabrda keçiriləcək Yepiskoplar Məclisinin iclasında qadınların da ilk dəfə səs verməsi barədə qərar qəbul edib.
YeniAN.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarla təxminən 370 nəfərlik sinodda 10% qadınlar səs haqqına sahib olacaq.
Qeyd edək ki, 1960-cı illərdə yaradılmış sinod Katolik Kilsəsinin təlimlərinə, mübahisəli məsələlərə müraciət edir və Papaya məsləhət vermək üçün məsləhət şurası kimi fəaliyyət göstərir.