Valyuta məzənnəsi

Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tarix:5-05-2023, 13:14

Serbiya polisi 8 nəfərin qətlə yetirilməsi və 13 nəfərin yaralanması ilə nəticələnmiş silahlı hücumu törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 

YeniAN.az  xəbər verir ki, bu barədə Serbiyanın dövlət telekanalı RTS məlumat yayıb.

 

Bildirilib ki, hücumu törətməkdə şübhəli bilinən 21 yaşlı kişi Uros B. paytaxt Belqraddan təxminən 60 kilometr məsafədəki Kraqujevaç şəhəri yaxınlığında saxlanılıb.

 

Məlumata görə, gecə boyunca davam edən axtarışlarda Serbiyanın Xüsusi Təyinatlı Qüvvələrinin 600-dən çox üzvü iştirak edib.

 

Qeyd edək ki, bu, son 2 gün ərzində Serbiyada törədilmiş ikinci kütləvi qırğındır. Mayın 4-də baş vermiş silahlı insident zamanı 13 yaşlı məktəbli oxuduğu məktəbdə 8-i şagird olmaqla 9 nəfəri qətlə yetirib, daha 6 nəfər və bir müəllim isə insident zaman yaralanıb.Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oxunub: 25



XƏBƏR LENTİ
Heydər Əliyevin adına parkın salınması üçün “Odlar-Yurdu” Mərkəzi və Nevinnominsk şəhəri arasında inkişaf edən əməkdaşlıq”
YAŞAR ŞİRVANİ – 65
XİN rəhbəri: “Vaşinqtonda sülh danışıqları üzrə razılaşdırılmış maddələrin sayı artıb”
Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək
Ermənistan XİN rəhbəri: “Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyilik”
XİN rəhbəri: “Bəzi tərəflərin yanaşması sülh prosesi üzrə razılığın tez əldə olunmasına xidmət etmir”
Qazi Əbülfət Kərimov təltif olundu
Xalq şairi Səməd Vurğunun anım günüdür
Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI
Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları
Yavər Rüstəmov Ad gününüz mübarək!
Azərbaycanın Müstəqillik Günü
Ana vətən partiyasının Abşeron rayon təşkilatının sədri Elçin Quliyev ilə Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib
Metyu Brayza: Paşinyan sülh sazişinin imzalanmasını istəyir, ancaq qorxur
Füzulidə içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub
Serbiyada 8 nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ukrayna daha 80 hərbçisinin meyitini geri qaytarıb
Siyəzəndə istirahət mərkəzi yandı FOTOLAR
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb FOTO