Valyuta məzənnəsi

Bayden yenilənmiş COVID vaksini ilə peyvənd olundu

Tarix:25-09-2023, 08:15

ABŞ Prezidenti Co Bayden yenilənmiş koronavirus peyvəndi ilə peyvənd olunub. Bu barədə dövlət başçısının müalicə həkimi Kevin O'Konnor məlumat verib.

Onun məktubunu Ağ Evin Mətbuat Xidməti dərc edib.

Bildirilib ki, ABŞ lideri COVID-19-a qarşı peyvənd olunmaqla yanaşı, qrip peyvəndi də alıb.

"Soyuqdəymə və qrip mövsümü yaxınlaşdıqca, Prezident bütün ABŞ vətəndaşlarını onun göstərişinə əməl etməyə və tam peyvənd olunmaq üçün tibb işçisi və ya əczaçı ilə məsləhətləşməyə çağırır”, - deyə məktubda vurğulanır.

Xatırladaq ki, sentyabrın əvvəlində Ağ Ev ABŞ prezidentinin həyat yoldaşı Cil Baydenin koronavirusa yoluxduğunu açıqlamışdı. Baydenin özü 2022-ci ilin iyulunda koronavirusa yoluxub. Ümumilikdə dövlət başçısı COVID-19-a qarşı üç peyvənd alıb.

Mənbə: Obyektivxeber.info

Oxunub: 79



XƏBƏR LENTİ