Valyuta məzənnəsi

Türk-Yapon Elm və Texnologiya Universiteti açılacaq

Tarix:3-10-2023, 15:56

Türkiye-Japonya dostluğu güçlenecek

 

Türk-Yapon Elm və Texnologiya Universiteti açılacaq.


YeniAN.az-ın TurkicWorld-ə istinadən verdiyi məlumatına görə, bu barədə Yaponiyanın Ankaradakı səfiri Takahiko Katsumata məlumat verib.


"Türkiyədən Yaponiyaya gələn turistlərin və tələbələrin sayının artırılması kimi insani əlaqələri daha da gücləndirəcəyik. Yaxın vaxtlarda açılacaq Türk-Yapon Elm və Texnologiya Universiteti, iki ölkə arasında akademik əməkdaşlığı dərinləşdirən bir simvol olacaq",- deyə səfir bildirib.


 

Katsumata qeyd edib ki, iqtisadiyyat sahəsində Yaponiya-Türkiyə İqtisadi Tərəfdaşlıq Müqaviləsi danışıqlarının yenidən başlaması üçün razılığa gəlinib və iqtisadi qarşılıqlı fəaliyyətin daha da aktivləşməsi gözlənilir.

"Türkiyə siyasi, diplomatik və iqtisadi baxımdan daha dinamik və təsirli bir ölkəyə çevrilib, bu da Türkiyə-Yaponiya əlaqələrinin keçmişə nisbətən daha da yaxşı inkişaf etdirir",- deyə səfir əlavə edib.

Oxunub: 38



XƏBƏR LENTİ