Valyuta məzənnəsi

Erməni generalın həbs müddəti uzadılıb

Tarix:4-10-2023, 21:16

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sabiq baş katibi, Ermənistan ordusunun Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Yuri Xaçaturovun oğlu, 3-cü ordu korpusunun sabiq komandiri general Qriqori Xaçaturovun həbs müddəti daha iki ay uzadılıb.


YeniAN.az  xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.


Məlumata görə, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.


Qeyd edək ki, Paşinyan hakimiyyətə gələndən qısa müddət sonra Yuri Xaçaturovla insident yaranmışdı. Hətta KTMT baş katibi haqda Ermənistanda həbs qətimkan tədbiri də seçilmişdi. Rusiyanın təkidi ilə Y.Xaçaturov həbsdən azad edilsə və ölkədən çıxsa da, Paşinyan onun KTMT-dəki baş katib mandatını geri aldı.


 

Bu baxımdan Paşinyanın istefasını tələb edən 41 yüksək çinli zabitin sırasında Qriqori Xaçaturovun olması təsadüf deyildi. Xaçaturovlar Rusiyanın maraqlarının qatı təmsilçiləri sayılırlar və orduda da rusyönümlü qüvvələrin əsas dayaqlarından idilər.


O, 2021-ci ildə, Paşinyanın istefasını tələb edəndən bir neçə ay sonra vəzifəsindən azad edildi və barəsində cinayət işi qaldırıldı. İki dəfə saxlanılsa da, istintaq müddətində azadlıqda qalmağı bacarmışdı. Bu ilin fevral ayında isə onun haqqında həbs qətimkan tədbiri seçilib.Erməni generalın həbs müddəti uzadılıb

Oxunub: 34



XƏBƏR LENTİ