Valyuta məzənnəsi

Rusiya Hərbi Donanması Qara dənizin Abxaziya sahillərində daimi baza qurur

Tarix:5-10-2023, 12:49

Rusiya Hərbi Donanması Qara dənizin Abxaziya sahillərində daimi baza qurur

Abxaziyada Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Donanmasının yeni daimi bazası yaradılacaq.

YeniAN.az  xəbər verir ki, bu barədə Gürcüstanın separatçı Abxaziya "respublikası”nın "prezidenti” Aslan Bjaniya "İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Abxaziya arasında müvafiq saziş artıq imzalanıb. Bjaniya sentyabrın 30-da "respublika”nın "müstəqillik günü”ndə Rusiya Hərbi Dəniz Donanmasının ciddi döyüş qabiliyyətinə malik müasir kiçik raket gəmisinin Abxaziya sahilinə gəldiyini, Rusiya ilə müqavilə imzaladıqlarını və yaxın gələcəkdə Oçamçir rayonunda Rusiya Hərbi Dəniz Donanmasının daimi bazası olacağını söyləyib.

Oxunub: 46



XƏBƏR LENTİ