Valyuta məzənnəsi

İtaliyanın üç şəhərini aksiyalar bürüdü – Fermerlər əsas yolları bağlayır

Tarix:25-01-2024, 18:13

Fransa və Almaniyadakı həmkarları ilə həmrəylik nümayiş etdirən italiyalı fermerlər ölkənin müxtəlif bölgələrində kənd təsərrüfatı texnikalarının iştirakı ilə yürüş ediblər.

YeniAN.az  xəbər verir ki, təşkilatçıların sözlərinə görə, aksiyada yüzdən artıq fermer iştirak edib. Abruzzo bölgəsində azı 30 maşından ibarət karvan magistral yolda hərəkəti iflic edib. Etirazlar Siciliya, Toskana və Romada da davam etdirilib.

Fransada fermerlərin aksiyaları isə səngimir. Traktorlar, ot tayaları və peyin qalaqları ilə əsas magistral yolları bağlayan fransalı fermerlər Tuluza, Strasburq, Lion, Bordo kimi iri şəhərlərə gedən yolları bağlayıblar. Fermerlər həmçinin prefektura və yerli hökumət binalarına tullantılar atırlar.

Həftə sonuna qədər ölkənin 96 departamentindən 85-ni əhatə edəcək aksiyaların qeyri-müəyyən müddətə uzanacağı ehtimal edilir.İtaliyanın üç şəhərini aksiyalar bürüdü – Fermerlər əsas yolları bağlayır

Oxunub: 89



XƏBƏR LENTİ