Valyuta məzənnəsi

ABŞ-də parkda atışma: 1 ölü, 6 yaralı - Fotolar

Tarix:29-07-2024, 16:24

ABŞ-nin Roçester şəhərindəki parkda atışma olub.


YeniAN.az  "New York Post” qəzetinə istinadən xəbər verir ki, atışma iyulun 28-də yerli vaxtla saat 18:20-də Meyplvud parkında qeydə alınıb.

Nəticədə 20 yaşlı şəxs dünyasını dəyişib. Xəsarət almış digər 6 nəfər isə xəstəxanaya çatdırılıb, onlardan biri ağır vəziyyətdədir.  

Polisdən verilən məlumata görə, atəş açan bir neçə nəfər olub. Hazırda şahidlərin ifadələri alınır və hadisə yerinə baxış keçirilir.

Oxunub: 115



XƏBƏR LENTİ