Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.
YeniAN.az TASS-a istinadən xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.
Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.
Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.
***
İnsident zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
***
Rusiya mediasının məlumatına görə, məhbuslar helikopter və 2 milyon dollar tələb edirlər.
***
Rusiyanın "Shot” və "Mash” teleqram kanallarının məlumatına görə, qiyamda 4 məhbus iştirak edir və onlardan 2-si Tacikistan, 2-si isə Özbəkistan vətəndaşıdır. Onların 23-29 yaş aralığında olduğu vurğulanıb.
***
TASS sözügedən cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbusların adlarını açıqlayıb.
Məlumata görə, həmin şəxslər Özbəkistan vətəndaşları Ramzindin Toşeyev, Temur Xusinev və Tacikistan vətəndaşları Nazirçon Toşov və Navruz Rustamçondur.
***
Volqoqradda cəzaçəkmə müəssisəsində işçiləri girov götürən məhbuslar zərərsizləşdirilib.
YeniAN.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
Onlardan birinin öldürüldüyü digər 3 nəfərin isə yaralandığı qeyd olunub.
O da bildirilib ki, bütün girovlar azad olunub.