Valyuta məzənnəsi

“İranın gizli nüvə obyekti ola bilər”

Tarix:Bu gün, 10:21

iranin-gizli-nuve-obyekti-ola-biler

"İranın daha bir gizli nüvə obyekti ola bilər”.

"Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Fox News” telekanalına müsahibəsində deyib.

Tramp qeyd edib ki, Amerikanın zərbələri nəticəsində İranın üç əsas nüvə obyekti məhv edilib, lakin daha bir naməlum bazaları da ola bilər.

"Biz bilirdik ki, İranın çoxlu nüvə obyektləri var və onlar sahib olduqları 3 nüvə obyektindən imtina etməli olacaqlar”, - deyə Tramp bildirib.

Tramp, həmçinin vurğulayıb ki, İranın ABŞ-nin qoyduğu şərtləri qəbul etməkdən başqa yolu yoxdur: "İrana nüvə silahı əldə etməyə icazə verilməməlidir. Vaşinqton Tehranın bu silahları əldə etməsinə imkan verməyəcək. Onlar ciddi zərbə aldılar, həmçinin İsrail də. Biz buna 12 günlük müharibə deyirik. Bu, intensiv bir müharibə idi. İran nüvə silahına sahib ola bilməz. Onlar bunu illərdir istəyirlər”.

Oxunub: 2



XƏBƏR LENTİ