Valyuta məzənnəsi

Sumqayıt 9 saylı məktəbdə pul yığımı davam edir?

Tarix:20-11-2019, 10:31

Sumqayıt 9 saylı məktəbdə pul yığımı davam edir?

Son vaxtlar redaksiyamıza orta təhsil müəssisələrində yaşanan müxtəlif problemlər mövzusunda daxil olan şikayət məktubları arasında Sumqayıt şəhərindən gələn məlumatlara da tez-tez rast olunur.

Məlum olduğu kimi bu gün şəhər və rayonlarımızın orta məktəblərində müxəlif səbəb və bəhanələrlə mütəmadi olaraq külli miqdarda vəsaitlərin yığılması ümumilikdə ölkənin təhsil sisemini inkişafa aparan yolda əsas maneələrdən biri olaraq qalmaqdaır.

Aldığımız məlumatlarda da qeyd olunur ki, bu xüsusda neqativ hallar bu gün Sumqayıt şəhərinin də bir çox orta məktəblərində müşahidə olunmaqdadır. Etiraf etmək lazımdır ki, bu gün məhz orta tədris müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının daha dərindən kök atması və daha uzun müddət tam cəzasızlıq şəraitində təzahür etməsi üçün hələ də çox əlverişli mühit mövcuddur.

Bu mühit isə ilk növbədə övladlarının rifahını, onların şagird nüfuzunu səhf prizmadan qiymətləndirən valideynlərin passiv razılığı ilə formalaşdırılır. Biz dəfələrlə Bakının müxtəlif rayonlarında fəaliyyət göstərən orta məktəblərdə yer almış neqativ halların, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən yol verilən qanun pozuntularının ifşasına yönəldilmiş tənqidi məqalələr dərc etmişik.

Redaksiyamıza yeni daxil olan məlumatlarda isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 9 saylı tam orta məktəbin fəaliyyətində yer almış bir sıra neqativ hallara dair açıqlamalar təqdim olunub. Məlumat üçün bildirək ki, bu orta tədris məktəbi 1957-ci ildə yaradılmışdır. Hazırda iki növbəli rejimlə fəaliyyət göstərən məktəbdə 898 nəfər şagird təhsil alır ki, onların da təlim-tərbiyyələri ilə 83 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Həmçinin məktəbdə ingilis və rus dilləri xarici dil kimi tədris olunur.

Aldığımız məlumatlarda isə 9 saylı məktəbin direktorunun yarıtmaz fəaliyyətinə dair ciddi iradlar irəli sürülməkdədir. Bu xüsusda açıqlamalarda qeyd olunur ki, hazırda 9 saylı orta məktəbdə sürəkli olaraq pul yığımları həyata keçirilir. Belə ki, iddialara görə məktəbin ibtidai sinif şagirdləri üçün stabil olaraq 5 manat məbləğində aylıq yığım müəyyən edilmişdir.

Yuxarı siniflər üçün isə bu məbləğ artaraq 10 manat təyin edilib. Təbii ki, təqvimlə qeyd olunan dövlət bayramları, müxtəlif yubileylər, imtahan və sınaqlar, attestat və şəhadətnamələrin təqdimatı ilə bağlı həyata keçirilən yığımlar da bu maliyyə zəncirində xüsusi qrafalarda yer alır.

Bundan başqa, aldığımız məlumatlara görə məkəbdə pedaqoji heyət üçün də müəyyən ödənişlər nəzərdə tutulmuşdur. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzndə hər bir müəllimin ödədiyi məbləğ bir neçə min manata çatdırılır.

Daha sonra mənbələr iddia edirlər ki, müasir təhsilimizin əsas bəlalarından biri sayılan reprtitorluq fəaliyyətinin də 9 saylı məktəbdə geniş yer almışdır. Açıqlamalara görə direktorun təkidi ilə məktəbin müəllimləri öz şagirdlərini əlavə, ödənişli məşğələlərə cəlb edirlər.

Digər tərəfdən də başqa müəllimlərin yanına və yaxud da xüsusi hazırlıq kurslarına gedən yuxarı sinif şagirdləri 9 saylı məktəbdə ödənişli əsasla aylıq və ya həta illik “tətilə” də buraxılırlar.Təbii ki, irəli sürülən bu itthamlar Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə təhsil alan uşaqların cəmiyyətimizə layiqli vətəndaş olaraq yetişib-formalaşmaları imkanlarını böyük şübhə altına alır.

Lakin bu ittihamlar daha dəqiq araşdırmalar tələb edir və bu araşdırmalar da səlahiyyətli instansiyalar tərəfindən həyata keçirilməlidir. Bununla belə düşünürük ki, Təhsil Nazirliyinin Sumqayıt şəhər 9 saylı tam orta məktəbin fəaliyyətinə xüsusi diqqət yetirməsi üçün kifayət qədər əsaslar vardır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

MillətinSəsi.info

Oxunub: 220



XƏBƏR LENTİ