Valyuta məzənnəsi

Deputatdan 30 min manat istəyən icra başçısı da hədəfdə

Tarix:21-12-2019, 14:33

Deputatdan 30 min manat istəyən icra başçısı da hədəfdə
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Məhəmməd oğlu Quliyev və Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs edilməsi cəmiyyətdə böyük rezonans doğursa da, əslində, bu proses gözlənilən idi.
Prezidentin ötəngünkü həbslərlə paralel keçirdiyi müşavirdə vurğuladığı xüsusi bir məqam da diqqət çəkib:

“Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar”.
Yəni növbədə başqaları da var.
Məlumata görə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov da hədəfdədir.

AZERİNFO.TV bildirir ki, işindən xalqın və hökumətin narazı qaldığı digər başçı Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Bu məmurun adı zaman-zaman medianın manşetlərini “bəzəyir”. A.Əsgərov haqqında ən çox mənfi planda məqalələr yazılan icra başçılarının ilk beşliyində yer alır yazsaq, yəqin də heç bir şişirtməyə yol vermiş olmarıq.
Bir müddət əvvəl deputat Adil Əliyev musavat.com-un canlı yayın proqramında demişdi ki, Bakı rayonlarından birinin icra başçısı ondan 30 min manat rüşvət tələb edib. Deputatın sözlərinə görə, o, başçıdan bir seçicisi üçün xahiş edibmiş. Vətəndaş özünə məxsus obyektə küçə tərəfdən qapı açmaq istəyirmiş. Həmin başçı deputata sözün birbaşa mənasında qiymət oxuyub: ondan 30 min manat istəyib.
A.Əliyev jurnalistə bildirmişdi ki, icra başçısı deputatla bu cür rəftar edirsə, onda görün sıravi vətəndaşın başına hansı oyunlar açılır.
Bu açıqlama günlərlə medianın gündəmində müzakirə edildi. Saytlar Adil Əliyevin adını çəkmədiyi başçının Asif Əsgərov olduğuna dair məlumatlar dərc etdi. Buna baxmayaraq, adı bu cür biabırçı şəkildə rüşvət qalmaqalında hallanan A.Əsgərov bu haqda mətbuata heç bir yazılı və ya şifahi açıqlama vermədi. Deyilənləri, yazılanları təkzib etmədi. Sanki susmaqla “o deyilən icra başçısı mənəm” mesajını vermiş oldu.
Yeri gəlmişkən, müsavat.com bu mövzuda məqalə yazdı.


A.Əsgərov Səbail İH başçısı olarkən sürüşmə zonasında villaların tikilməsinə rüşvət qarşılığında şərait yaratması, oğlu İlham Əsgərlinin "Mcdonalds"ın Bakı şəbəkəsinin şefinin oğlu Sənan Mirzəyevi avtoqəzada öldürməsi, sonra övladının həbsdən xəstəlik adı ilə ev dustaqlığına çıxması ilə gündəmdə olub.

A.Əsgərov Nəsimi İH başçısı postuna təyinat aldığı tarixdən isə şəhərin mərkəzində, binaların həyətlərində yaşıllıqların qanunsuz qırılması, ərazilərin satılması, ağacların yerində tikintiyə icazə verilməsi ilə ad çıxarıb.
Məhz buna görə Asif Əsgərovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib. Şikayət edən tərəfin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi olduğu deyilir. Mənbənin bildirdiyinə görə, Asif Əsgərov yaşayış və qeyri-yaşayış yerləri üçün icazə verdiyi yerlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən araşdırılaraq xeyli qanunsuzluqlar aşkar edilib.

Oxunub: 398



XƏBƏR LENTİ