Valyuta məzənnəsi

Bərdədə 32 milyonluq layihə talan edildi - Icra başçısı nazirə meydan oxuyur - ŞOK MƏLUMATLAR

Tarix:21-09-2018, 16:03

Bərdədə 32 milyonluq layihə talan edildi - Icra başçısı nazirə meydan oxuyur - ŞOK MƏLUMATLAR


Təsərrüfatı Nazirliyi yaxın günlərdə "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nin fəaliyyətinin araşdırılması üçün komissiya ayıracaq. Bu barədə AzFakt.com-a daxil olan məlumatda deyilir.

Məlumata görə komissiyanın yaradılmasına səbəb "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nin yaradılması zamanı dövlətdən alınan 32 milyon manat (o zamankı məzənnə ilə 40 milyon ABŞ dolları) güzəştli kreditin mənimsənilməsinə dair olan məlumatlardır.

Qeyd edək ki, ilk günlər Sahibkarlığa Kömək Milli Fondu”nun üst-üstə 32 milyon manat kredit ayırdığı "Qarabağ Aqrar Sənaye Müəssisəsi"ndə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod planlaşdırılırdı.

Ancaq sonradan bu baş vermədi.

Kompleksdə bu gün çəkisindən asılı olmayaraq üst-üstə 600 baş heyvan yoxdur.

Daxil olan məlumatda qeyd edilir ki, dövlətin milyonlarla vəsaitinin talandığı "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nin hazırkı durumundan aidiyyatı orqanların, xüsusən də Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin xəbəri var. Məlumata görə "Qarabağ Aqrar Sənaye Müəssisəsi"ndə irihəcmli maxinasiya müəssisənin yerləşdiyi ərazinin satın alınması və inşası zamanı aparılıb. Belə ki, müəssisənin yerləşdiyi 35 hektarlıq ərazi Bərdə rayonunun Mehdili kəndinin mal-qarasının otlaq yeri olub. Dövlət balansında olan bu ərazi Kənd Təsərrüfatı nazirliyinin o vaxtkı rəhbərliyi və Bərdə rayon İcra Hakimiyyətinin rəhbərliyinin müştərək "işbirliyi" ilə xüsusiləşdirilərək, müəssisə tərəfindən "satın alınıb".



Məlumatda daha sonra müəssisənin hazırda ciddi krizis yaşadığı və dövlətə olan krediti ödəyə bilmədiyi deyilir.

Qeyd olunur ki, məhz bu səbəbə görə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə dost olan "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nin direktoru Vahid Rzayev bir müddət öncə kredit öhdəliklərini yerinə yetirə bilmədiyinə və bacarıqsızlığına görə direktorluqdan uzaqlaşdırılıb. Vahid Rzayevin yerinə isə Əhməd adlı türk mütəxəssis təyin olunub. Türk mütəxəssis müəssisəyə rəhbərliyə başladıqdan sonra isə müəssisədə qısa zaman ərzində audit aparılmış, ciddi yeyinti faktları aşkarlanmışdır. Auditin nəticəsini dərhal Bakıya aidiyyatı qurumlara təqdim edən türk mütəxəssis bir zamandan sonra yerli məmurların təsiri ilə işindən uzaqlaşdırılmış, yerinə isə yenidən Vahid Rzayev gətirilmişdir.


Vahid Rzayev


Saytımızın əldə etdiyi məlumatda o da vurğulanır ki, Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Vidadi İsayev ciddi narahatlıq keçirməkdədir. Belə ki, rayonda atdığı hər bir addımı vaxtilə Elmar Vəliyevlə məsləhətləşən Vidadi İsayev "qürub çağı"nın yaxınlaşdığının fərqindədir. Ona görə də rayonda indiyədək baş vermiş maxinasiyaları ciddi surətdə ört-basdır etməklə məşğuldur. Vahid Rzayevin "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nə yenidən direktor vəzifəsinə qayıtması da Vidadi İsayevin səyi nəticəsində baş verib. Belə ki, İcra başçısının təhriki ilə Vahid Rzayev müəssisənin yarandığı ilk vaxtlarda paytaxtda aldığı çoxsaylı mənzilləri dəyər-dəyməzinə sataraq kredit borclarını ödəyib. Ancaq bununla belə icra başçısının narahatlığı hələ də qalmaqdadır. Buna səbəb isə Kənd Təsərrüfatı nazirliyinin "Qarabağ Aqrar Sənaye Müəssisəsi"nə göndərəcəyi yoxlamaya verəcəyi izahatda Vahid Rzayevin Vidadi İsayevin adını çəkəcəyi ehtimalıdır.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Oxunub: 504



XƏBƏR LENTİ