Valyuta məzənnəsi

WP: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edir

Tarix:12-10-2018, 11:30

WP: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edir

Ankara ilə Vaşinqton arasında amerikalı pastor Endryu Bransonun sərbəst buraxılması və ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarının ləğvinə dair razılaşma əldə olunub.
obyektivxeber.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə The Washington Post nəşrinin adları açıqlanmayan amerikalı rəsmilər və digər mənbələrə istinadən yaydığı məlumatda deyilir.

Bildirilir ki, Branson artıq oktyabrın 12-də növbəti məhkəmə iclasından sonra azadlığa çıxa bilər.

Buna cavab olaraq ABŞ administrasiyasının Branson işi ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ləğvinə və bu cür qərarların qəbul edilməməsinə dair öhdəlik götürdüyü iddia olunur.
Oxunub: 319



XƏBƏR LENTİ