Hacıyevanın milyonları Azərbaycana qaytarıla bilər - Britaniyadan açıqlama
Tarix:12-10-2018, 12:30
Böyük Britaniya Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın milyonlarla funtunu Azərbaycana qaytarmaq məcburiyyətində qala bilər.
obyektivxeber.info "Telegraph”a istinadən xəbər verir ki, belə bir etirafla Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin rəhbəri çıxış edib.
Agentliyin iqtisadi cinayətlər üzrə direktoru Donald Toon bildirib ki, əgər Ali məhkəmə Zamira Hacıyevanın saxta vəsait istifadə etdiyinə qərar versə, onun məhkəmə tərəfindən müsadirə olunan əmlak və pulu öz ölkəsinə qaytarılacaq.
Qeyd edək ki, Londonda yaşayan Zamira Hacıyevanın son 10 ildə paytaxtın məşhur univermağı "Harrods”da 35.85 milyon manat xərclədiyi məlum olub.