Uzun müddət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, həmçinin 81 saylı Beyləqan seçki dairəsindən Milli Məclisin deputatı olan Ayaz Orucovla bağlı AzFakt.com-a ilginc məlumatlar daxil olub.
AzFakt.com-a daxil olan məlumatda vurğulanır ki, sabiq deputat 1 ilə yaxındır Türkiyə dövlətində ciddi şəkildə biznesə girişib.
Türkiyədə fəaliyyət göstərən əmlak saytının verdiyi məlumata görə 2017-ci ilin aprel ayında Ayaz Orucovla Cem Aktaş adlı şəxs nizamnamə kapitalı 50 TL olan Algima İnşaat Şirkəti yaradıblar. İstanbul şəhərində fəaliyyətə başlayan Algima İnşaat Şirkətinin saytında əsasən böyük mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğul olmaları barədə məlumat verilir. Ancaq son 6 ayda adı çəkilən şirkətin İstanbul şəhərində hündürmərtəbəli yaşayış binalarının tikintisinə başladığı bildirilir.
AzFakt.coma- verilən məlumata görə Algima İnşaat Şirkətinin qurulmasında Ayaz Orucovun rəsmi şəriki kimi adı keçən Cem Aktaş əslində formal şəxsdir.