Valyuta məzənnəsi

Baş həkim Mehriban Abasquliyeva naziri niyə biabır edir?

Tarix:23-10-2018, 16:14

Səhiyyə Naziri Oktay Şirəliyev iddia edir ki, xəstəxanalarda rüşvət yoxdur. Amma Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində yaranan vəziyyət nazirin dediklərini təsdiqləmir.

Bu barədə redaksiyamıza məlumat verən mənbə vurğulayır ki, baş həkim Mehriban Abasquliyeva xəstəxanaya daxil olan xəstələrdən lazım olan “rüşvəti qopara bilir”. İddialara görə, dünyaya övlad gətirmək istəyən ana düşünməlidir ki, baş həkimin “qanunları” insan həyatı üçün olduqca təhlükəlidir. Belə ki, tələb olunan rüşvət verilmədiyi halda doğuş şöbəsinə gətirilən xəstə ağrılarla həkimi görməli olur. Baş həkim Mehriban xanım “dabro” verdikdən sonra həkimlər ananı azad edə bilər. Elə bu səbəbdən də ana və uşaq ölümlərinin sayı rekort həddə çatıb.

obyektivxeber.info bildirir ki, doğuş şöbəsindən dosye.org-a verilən məlumatlara inansaq şöbə açıq bazarı xatırladar. Maraqlısı isə budur ki, səhiyyə nazirliyi bütün qeyd etdiyimiz neqativ hallara göz yumur. Əgər nazir Oktay Şirəliyev rüşvətin olmadığını birbaşa çəkinmədən söyləyirsə, deməli vəzifəsinin öhtəsindən gələ bilmir və yaxud ona yalan məlumat verilir. Yox, əgər doğrudanda məlumatı varsa deməli rüşvətin tələb edilməsinə özü göstəriş verib.

Ən dəhşətlisi odur ki, bu günlərdə(adı şərtdir) 2 saylı Doğum Evində övlad dünyaya gətirən qadın bir daha ana olmaq istəmədiyini bildirir. Onun dediyinə görə, Mehriban xanımın tələbləri olduqca yüksək səviyyədədir. Elə bu səbəbdən orda yatan xəstələr mütləq imkanlı olmalıdır. Əks təqdirdə müraciət edən qadınlar acı hallarla qarşılaşır. Digər bir məlumatda isə bildirilir ki, baş həkimin müavini Xanımqız Paşayevanın rolu pulyığmadan ibarətdir.

Bir daha nəzərinizə çatdıraq ki, 2 saylı Doğum evi Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1987-ci ildə tikilib və istifadəyə verilmişdir. Doğum evi fəaliyyətə başladığı gündən qadınlara doğuşayardım xidməti göstərməlidir. Lakin təəssüflər olsun ki, 120 çarpayıdan ibarət olan xəstəxanada böyük narazılıqlar yaranıb.

Məlumat redaksiyaya daxil olarkən dərhal baş həkim Mehriban Abasquliyeva ilə telefon əlaqəsi yaratdıq. Lakin “ Yanımda yoldaşlar var, başqa vaxt əlaqə saxlayarıq” deməklə işini bitmiş hesab etdi.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Bakunews.az

Oxunub: 332



XƏBƏR LENTİ