Valyuta məzənnəsi

“Femina” ilə bağlı qərəzli məlumatlar

Tarix:18-02-2019, 22:05

“Femina”  ilə bağlı qərəzli məlumatlar

Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır.

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib.
Obyektivxeber.infonun məlumatına görə son günlər “Femina” xəz-dəri mağaxzası ilə bağlı mediada həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Guya bir neçə gündür mağazada yoxlamalar aparılır, satışa çıxarılan və anbarda saxlanan malların keyfiyyəti ciddi araşdırılır.

Sən demə firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb.

Guya bundan sonra müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.
Əvvala, böyük şirkətlərdə yoxlamalar mütamadi aparılır.
İkincisi, bir belə şikayətçi varsa onlardan niyə bircəciyinin adı belə qeyd olunmayıb. Beləsi olsaydı çoxdan bəh-bəhlə videoya çəkib rəqib şirkətlər sosial şəbəkədə yayınlamışdı.
Qaldı ki, mağazada həm Avropa, həm Çin istehsalı olan məhsullar var. Ən başlıcası, Çin iqtisadiyyatından xəbəri olmayanlar bilsin ki, bu ölkədə işçi qüvvəsi ucuzdu.
Dünyanın brend məhsul istehsal edən şirkətlərinin 90-faizinin Çində fabrik –zavidu var. Ən brend saydığınız məhsullar belə orada istehsal olunur.
Bu o dəmək deyil ki, həmin brend məhsullar “kitayski” sayılır. Yox, texnologiya –standart Avropanınkı qalır deyə bu məhsullar baha olur.
İqtisadiyyatdan,bazardan anlayışı olmayaraq qərəzli yazmaq isə başqa bir mövzudur.

Oxunub: 340



XƏBƏR LENTİ