Valyuta məzənnəsi

Ən çox məhbusun əfv olunduğu həbsxanadan videoreportaj

Tarix:17-03-2019, 21:27

Ən çox məhbusun əfv olunduğu həbsxanadan videoreportaj

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində də icra olunub.
6 saylı cəzaçəkmə müəssisəsindən 49 nəfər, 1 saylı cəzaçəkmə müəssisəsindən 8 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 4 nəfər, Penitensiar Xidmətin Müalicə müəssisəsindən 3 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən isə 7 nəfər məhkuma arayışlar təqdim olunaraq azadlığa buraxılıb.

Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.

Qeyd edək ki, 6 saylı cəzaçəkmə müəssisəsi ən çox məhbusun əfv olunduğu həbsxanadır.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub. (Report.az)

Oxunub: 234



XƏBƏR LENTİ