Valyuta məzənnəsi

Adil Əliyevdən “Şərurlu İsfəndiyar”a irad – “Yaraşan hal deyil…”

Tarix:30-03-2019, 11:52

Adil Əliyevdən “Şərurlu İsfəndiyar”a irad – “Yaraşan hal deyil…”

İş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarması ictimai rəydə birmənalı qarşılanmayıb.
İctimaiyyət nümayəndələri məhkəminin qərarını və iş adamı qınayıblar.
Millət vəkili Adil Əliyev açıqlamasında məsələnin mahiyyətindən təfərrüatlı xəbərdar olmadığını bildirsə də İsfəndiyar Axundovun şəhid ailəsinə qarşı iddia qaldırmasını doğru saymayıb:
“İstənilən halda şəhid ailələri bizlər üçün bir əmanətdir. Hər bir Azərbaycan vətəndaşı şəhid ailəsinə hörmətlə yanaşmağa borcludur və şəhid ailəsinin problemini öz problemi bilib, həllinə çalışmalıdır. Ona görə də üzülərək söyləyirəm ki, bu bizə yaraşmayan haldır. Heç bir Azərbaycan vətəndaşı şəhid ailəsinin əlindən nəyisə ala bilməz. Əksinə, şəhid ailəsinə kömək etməlidi”.
Adil Əliyev şəhid ailəsinin mənzil probleminin ən üst səviyyədə həll olunmasının sevindirici və nümunəvi addım olduğunu qeyd edib.

Oxunub: 767



XƏBƏR LENTİ