Valyuta məzənnəsi

33 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb.

Tarix:7-04-2019, 16:57

33 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb.Rusiyada 33 yaşlı Azərbaycanlı qadın əri tərəfindən döyülüb. Onun aldığı ağır xəsarətlər sonradan ölümünə səbəb olub.

Xeberfakt.az bildirir ki, ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə mart ayının sonlarında Rusiyanın Amur vilayətinin Xabarovsk şəhərində baş verib.

Həmin şəhərdə yaşayan və əslən Masallı rayonunun Xallıcallı kəndindən olan 1986-cı il təvəllüdlü Quliyeva İlahə Balavər qızı həyat yoldaşı Quliyev Nazim Mahmud oğlu tərəfindən döyülərək öldürülüb. Bu baradə, mərhumun qardaşı Zamiq Mirzəyev məlumat verib.

Z.Mirzəyevin sözlərinə görə, bacısı döyüldükdən sonra mart ayının 26-da, ölümündən bir neçə saat əvvəl şəkil çəkdirərək anasına göndərib. Ailəsi İ.Quliyevanın cansız bədənini aprelin 4-də təhvil alib, məhkəmə tibb müayinəsindən sonra isə dünən axşam dəfn ediblər.

Faktla bağlı cinayət işinin başlanıldığı bildirilir.

Oxunub: 271



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib