Valyuta məzənnəsi

Ailə başçısını itirən sağlamlıq imkanları məhdud uşaqlar iki növ aylıq müavinət alacaq

Tarix:22-10-2019, 20:29

Ailə başçısını itirən sağlamlıq imkanları məhdud uşaqlar iki növ aylıq müavinət alacaq

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət və ailə başçısını itirməyə görə müavinətdən hər ikisini almaq hüququ olan uşaqlara hər iki növ aylıq müavinət təyin ediləcək...


Bu, “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Həmin qayda müavinətlərin 2020-ci il yanvarın 1-dən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına və ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Qəbul ediləcəyi təqdirdə, qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək.(APA)

Obyektivxeber.info

Oxunub: 360



XƏBƏR LENTİ