Sabiq icra başçısı 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcək?
Obyektiv az.info "Paralel.az"ın verdiyi məlumata istinadən, əvvəllər Bakı şəhəri Nərmanov rayonundan millət vəkili seçilmiş, 2007-2018-ci illərdə Xızı və Beyləqan rayonlarında icra başçısı vəzifəsində işləmiş, siyasi elmlər doktoru Vaqif Abdullayevin növbədənkənar parlament seçkilərinə təkrar keçiriləcək seçkilərdə 80 saylı İmişli-Beyləqan dairəsindən namizədliyini irəli sürəcəyilə bağlı məlumatlı mənbədən redaksiyamıza informasiya daxil olub.
Bu informasiyanı dəqiqləşdirmək məqsədilə professor Vaqif Abdullayevlə telefon əlaqəsi saxlamağa cəhd etdik, lakin onunla telefon bağlantısı yaradıb, xəbərin doğruluğunu öyrənə bilmədik.
Bu məlumatı dəqiqləşdirməyə cəhd edəcəyik, bizi izləyin.