Azərbaycanın İranla sərhədinin bağlanması müddəti iki həftəlik uzadıldı
YeniAN.info-nun BAKU.WS-ə istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib.