Valyuta məzənnəsi

Koronavirus infeksiyasına Azərbaycanda yoluxanların sayı

Tarix:16-03-2020, 21:19

Koronavirus infeksiyasına Azərbaycanda yoluxanların sayı

Azərbaycan Respublikasında 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdır. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat xidmətinin Yeni.AN.info-ya verdiyi məlumatda bildirilir ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir: "Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızı Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırırıq."

Oxunub: 273



XƏBƏR LENTİ