Valyuta məzənnəsi

41 yeni koronavirusa yoluxma faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:2-04-2020, 22:18

41 yeni koronavirusa yoluxma faktı qeydə alınıb - AZƏRBAYCANDA



Azərbaycan Respublikasında 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

YeniAN.info Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən bildirir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilıb, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


YeniAN.info

Oxunub: 252



XƏBƏR LENTİ