Valyuta məzənnəsi

Hulusi Kılıç: “Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycana dəstəyini müşahidə edirik”

Tarix:26-07-2020, 15:22

Hulusi Kılıç: “Türkiyə dövlətinin və xalqının qardaş Azərbaycana dəstəyini müşahidə edirik”

“Ermənistanın bu dəfəki hücumları tamamilə ağlasığmayan bir hərəkətdir. Çünki dünya pandemiya ilə mübarizə apardığı halda Ermənistan Azərbaycanın dövlət sərhədindən dinç əhaliyə hücum edib. Bu həqiqətən xain bir niyyətdir. Və bunu da üstəlik Azərbaycanın ayağına yazmaq istəyir”.

Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri, tanınmış diplomat Hulusi Kılıç YeniAN.info-ya açıqlamasında bildirib. Bölgədə baş verən bütün xoşagəlməz hadisələrə görə, Ermənistanın beynəlxalq hüquq qarşısında məsuliyyət daşıdığını bildirən səfir deyib: “Əgər Azərbaycanın belə bir hücum planı olsaydı işğal altında olan torpaqlarını geri almaq üçün hücum edərdi, Tovuz bölgəsindən yox. 2016-cı ildəki Lələtəpə əməliyyatında olduğu kimi. Ermənistan bu dəfəki təxribatında da hansı növbəti hiyləsi var? Nə səbəbə Tovuzu hədəf seçib? Bu işğalçı ölkə öz daxilindəki siyasi, iqtisadi, sosial, səhiyyə ilə bağlı problemlərini həllini bu hücumlarla ört-basdır etmək istəyirmi? Unutmamalıylq ki, Tovuzdan keçən boru xətti hazırda təkcə Azərbaycan üçün deyil, digər region dövlətləri üçün də böyük strateji əhəmiyyətə malikdir. Bu bölgə uğrunda da qardaş Azərbaycan yüksək rütbəli hərbçilərini şəhid verdi. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Əlbəttə ki, “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa, vətəndir”. Biz Türkiyədə də hər gün şəhid xəbərləri alırıq. Amma bu xain hücumların cavabını qarşı tərəf yetərincə alıb və alacaq”.

Son hadisələrlə Azərbaycan xalqında güçlü vətənpərvərlik ruhunun oludğuna Türkiyənin də şahid oluğunu diqqətə çatdıran diplomat, onu da bildirib ki, Azərbaycan xalqında milli şüur oyaqdır: “Hadisələr bir daha sübut etdi ki, bu xalqda nə qədər güçlü vətənpərvərlik ruhu, xalqın ordusuna və dövlətinə sarsılmaz etimadı və sədaqəti var. Bu sədaqət, bu etimad da Azərbaycan Prezidentinə güc verir” .
Söhbət əsnasında Hulusi bəy, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu da vurğulayıb: “Türkiyənin Prezidenti, xarici işlər və müdafiə nazirləri, müdafiə sənayesi idarəsinin rəisi, parlament rəhbərlərinin, eləcə də Türkiyə xalqının bütövlükdə qardaş Azərbaycana dəstəyini müşahidə edirik. Bu çox önəmlidir. Br daha sübut olundu ki, Türkiyə və Azərbaycan eyni millətdir. Ermənsitanın əli ilə Azərbaycan xalqının başının çəkdiyi çilələrin bu dəfə media vasitəsilə daha aydın şəkildə şahid olduq. Pakistanın, Ukraynanın, İraq türkmənlərinin, Kırım türklərinin də son hadisələrə dəstəyi çox önəmli idi. Türk dövlətləri adına Türk Şurası da dəstək mesajı verdi. Erməni hiylələrinin arxasında təəssüf ki, başqa güclər var, biz bunun fərqindəyik. Amma bu güclərə qarşı da Türkiyənin prinsipiallığı və Azərbaycan xalqı ilə dövlətinin bir olması bir daha sübut etdi ki, bu birlik sarsılmazdır. Mən bunları hələ 10 il öncə söyləmişdim ki, Türkiyənin, Azərbaycana izaholunmaz bir sevgisi, bağı var
”.

Diplomat beynəlxalq təşkilatların da sözü gedən məsəslədəki mövqeyini pisləyib: “ATƏT-in Minsk qrupunun bu məsələdə nə qədər güçsüz olduğunu gördük. Qurum, Azərbaycan və Ttürkiyə xalqı arasında etimadını itirib. Birləmiş Millətlər Təşkilatının 4 qətnaməsi heçə sayılır. Əgər BMT nüfuzu olan ciddi bir təşkilatdırsa bu qətnamələrin icra olunmasını tələb etməlidir. Əks təqdirdə boş toplantılara, hüququi qüvvəsi olmayan qərarlara ehtiyac yoxdur. Biz suyun yatdığını, amma düşmənin yatmadığını gördük. Bazar günü dinç insanlara hücum edildi[/b]”.

Hulusi Kılıc, öz təcrübəsindən çıxış edərək hadisələrlə bağlı fikirlərini də paylaşıb: “[b]Artıq Azərbaycan dövlətinin, xalqının, ordusunun sabaha çok hazırlıqlı olması lazımdır. Türkiyə ilə Azərbaycan arasındaki əməkdaşlığın daha sıx olması vacibdir. Türkiyə hər gün şəhidlər verir. İkinci bir Qafqaz İslam ordusu olacağını düşünmürəm, amma bu təkmildə bir güc olarsa, bunun qarşısında heç bir qüvvə dayana bilməz
”.

Türkiyənin müxtəlif şəhərlərində, İstanbulda, Ankarada, Antalyada, İzmirdə, İqdırda, Kayseriə, Manisada, Əskişəhərdə Azərbaycan diasporasının xəttilə təşkil olunan etirazlara da münasibətini bildirən diplomat, bunun bir fərqlilik yaratdığını, Türkiyədə cəmiyyətin diqqətini bu hadisələrə çəkdiyini vurğulayıb və bu aksiyaların başqa ölkələrdə də olmasının vacibliyini diqqətə çatdırıb: “Diaspora məsələsində Azərbaycanla Türkiyə bir olmalıdır. Amerikadakı diasporanın da fəaliyyətinin güclənməsinə və buraya cəlb olunmasına ehtiyac var. Hörmətli İlham Əliyevin “bir millətin iki diasporası ola bilməz” və Hörmətli Rəcəb Tayyib Ərdoğanın “Türkiyə ilə Azərbaycan tək ürəkdir” şüarlarını unutmamalıyıq”.

Keçmiş səfir söbhətin sonunda bildirdi: “Mənim cismim Türkiyədə olsa da düşüncəm və ruhum hər zaman Azərbaycanladır
”.


YeniAN.info
Oxunub: 282



XƏBƏR LENTİ